Təyyarə qəzasında ölənlərin cəsədlərinin qalıqları tapıldı

teyyare-qezasinda-olenlerin-cesedlerinin-qaliqlari-tapildi
Oxunma sayı: 957

Rusiyanın Xabarovsk diyarında qəzaya düşmüş “An-26” tipli təyyarənin ekipaj üzvlərinin qalıqları aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Tass” yayıb. Bildirilir ki, cəsədlərin qalıqları hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar olunub. Həmçinin qeyd olunur ki, müstəntiqlər qəza baş verən əraziyə baxış zamanı həlak olanların şəxsi əşyalarını aşkar edərək götürüblər.

Hazırda təyyarənin “qara qutu”sunun axtarışları davam edir.