“Təyyarə qəzasından qorxdum” - Millimizin baş məşqçisi

teyyare-qezasindan-qorxdum
Oxunma sayı: 1105

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlama verib.

Qafqazinfo” xəbər verir ki, o, Parisə gələrkən təyyarə qəzasından qorxduğunu bildirib: “Avropa Çempionatı üçün Parisə uçurdum. Təyyarəmizdə o qədər yük var idi ki, qəza olacağından qorxurdum. “Şarl De Qol” hava limanın çatanda ikinci şok hadisə yaşandı. Hava limanına bomba qoyulması ilə bağlı xəbərlər var idi. Hər şey sonda yaxşı qurtardı”. 

Prosineçki Türkiyə - Xorvatiya (0:1) oyunu haqqında da fikirlərini bildirib: “Matçı izləyə bilmədim. Sevinirəm ki, qalib gəldik. Bu qələbəni Draqo Kosiç və Tomislav Zidakla qeyd etdik. Türkiyə millisindən qorxurdum. Onların daha yaxşı çıxış edəcəyini düşünürdüm. Amma Fatih Terim komandasını yaxşı hazırlaşdırmamışdı və Arda Turanı motivasiya edə bilməmişdi. Çünki o, yaxşı oynamadı. Arda “Barselona”da ehtiyatda qalmasının cəzasını çəkir. Hakan Çalhanoğlu da gözlənilənləri vermədi”.