Təyyarə səsini zəlzələ hesab edən gənc çətin anlar yaşadı - Video

teyyare-sesini-zelzele-hesab-eden-genc-cetin-anlar-yasadi
Oxunma sayı: 3422

Türkiyənin Osmaniye şəhərinin Düziçi rayonunda yaxından uçan döyüş təyyarəsinin səsini eşidən mağaza sahibi zəlzələ olduğunu düşündüyü üçün sürünərək qaçmağa çalışıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “TRT” məlumat yayıb.

Belə ki, Türkiyə Hərbi Hava Qüvvələrinin yaranması günü münasibətilə məşq uçuşu edən “F16” qırıcısı Düziçi rayonu səmasında nisbətən alçaqdan uçub.

Təyyarənin səsindən narahat olan çiy köftə satıcısı Teoman Kaan Gülər ​​zəlzələ olduğunu düşünərək canını qurtarmaq üçün sürünərək qaçmağa çalışıb.

Gülərin iş yerindən qaçdığı anlar təhlükəsizlik kameralarına düşüb.

Onun çətin anları sosial şəbəkədə izləyənləri güldürüb.

Həmin görüntüləri təqdim edirik: