Təyyarə türbülansa düşdü, ölən və yaralılar var - Yenilənib

teyyare-turbulansa-dusdu-olen-ve-yaralilar-var
Oxunma sayı: 6582

Londondan Sinqapura uçan “Singapore Airlines” aviaşirkətinə məxsus təyyarə güclü türbülansa düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı aviaşirkət öz feysbuk hesabında yayıb.

Bildirilir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, daha bir neçə nəfər isə xəsarət alıb. 

Ümumilikdə təyyarənin göyərtəsində 211 sərnişin və 18 ekipaj üzvü olub. Reys Tailandın paytaxtı Banqkoka yönləndirilib və təyyarə orada eniş edib. 

Həlak olanın milli mənsubiyyəti, eləcə də sərnişin, yaxud ekipaj üzvü olması açıqlanmayıb.

***

“Khaosod” qəzetinin məlumatına görə, insident nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

Bununla yanaşı, 30-a yaxın insanın xəsarət aldığı bildirilir.