Təyyarədə Avstriyaya gedən bülbül “deportasiya” edildi

teyyarede-avstriyaya-geden-bulbul-deportasiya-edildi
Oxunma sayı: 1359

Avstriya gömrük işçiləri qəribə qərara imza atıblar.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, İraqın Ərbil şəhərindən Avstriyaya gedən təyyarəyə bülbül daxil olub.

Təyyarə Vyana şəhərinə çatanda isə bu barədə hava limanı əməkdaşları məlumatlandırılıb. Bülbül yaxalanaraq qəfəsə qoyulub və İraqa geri göndərilib.

Qeyd edək ki, bu hadisə İraqda sosial mediada ən çox müzakirə olunanlar sırasına düşüb.