Təyyarədə partlayış olub

teyyarede-partlayis-olub
Oxunma sayı: 1690

Mayın 19-u səmada itkin düşən “Egyptair” aviaşirkətinə məxsus təyyarənin qəzaya düşməsi ilə bağlı təfərrüatlar məlum olub.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, tapılan insan qalıqları üzərində aparılan məhkəmə tibbi ekspertizasının nəticəsinə əsasən, təyyarənin göyərtəsində partlayış baş verib.

Xatırladaq ki, mayın 19-da Misir Hava Yollarına məxsus A320 sərnişin təyyarəsi Paris-Qahirə uçuşunu həyata keçirən zaman qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 69 nəfər olub.

Aysel Kərimova