Təyyarədə yerindən narazı qalan sərnişinin bomba yalanı...

teyyarede-yerinden-narazi-qalan-sernisinin-bomba-yalani
Oxunma sayı: 1311

ABŞ-dan Böyük Britaniyaya uçmağa hazırlaşan təyyarədə narazı sərnişin gözlənilməz addım atıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Orlando-London reysi ilə uçan kişi təyyarədəki yerini bəyənmədiyi üçün göyərtədə bomba olduğunu deyib.

Bu zaman sərnişinlər təcili olaraq salonu tərk ediblər və yoxlama aparılıb. Lakin təhlükəli heç nə tapılmayıb. Yalan danışdığı məlum olduqdan sonra kişi polisə təhvil verilib.  

Aysel Kərimova