Təyyarəni arvadını görmək üçün qaçırıb - Müəmmalı zərf...

teyyareni-arvadini-gormek-ucun-qacirib
Oxunma sayı: 2757

İbrahim Samahın EgyptAir şirkətinə məxsus təyyarəni qaçırması ilə bağlı maraqlı versiya irəli sürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, terrorçunun təyyarəni məhz bu adaya endirməsində məqsəd keçmiş arvadı ilə görüşmək istəməsi ola bilər.

Bu versiyanı təsdiqləyən digər məqam isə terrorçunun kiprli bir xanıma dörd səhifə ərəb hərfləri ilə yazılmış zərfin çatdırılmasını tələb etməsi olub.

Qeyd edək ki, digər bir iddiaya görə, terrorçu əvvəlcə İstanbula uçmaq istəyib, lakin yanacaq bitdiyi üçün Kiprdə eniş ediblər.

***

Hazırda polislər həmin Marina Paraschos adlı qadını tapıblar və qaçırılan təyyarəyə əri ilə görüşməsi üçün aparılır.