Təyyarənin küləyi qadını yerə çırparaq öldürdü - Video

teyyarenin-kuleyi-qadini-yere-cirparaq-oldurdu
Oxunma sayı: 701

Yeni Zelandiyada Culiyana hava limanına eniş edən təyyarənin küləyi yaxınlıqda bir nəfərin ölümünə səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hava limanı dənizin tam yanında olduğu üçün dənizə çimməyə gələnlər təyyarələri yaxından görməyə çalışırlar.

Bu gün də çimərlikdəkilər təyyarə eniş edərkən onu yaxından izləmək istəyiblər. Bu zaman təyyarənin güclü küləyi bir çox insanı dənizə qədər “itələyib”. Bəziləri isə dəmirlərdən tutaraq özlərini qorumağa çalışıblar. Lakin, bir qadın küləyə qarşı dayana bilməyib və yıxılaraq başı beton maneəyə çırpılıb. Ağır xəsarətlə xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.