Misir Hava Yollarına məxsus təyyarənin qəzaya uğradığı dəqiq yer müəyyən edilib.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, qəza ilə bağlı Yunanıstan hökuməti məlumat yayıb. Məlumatda qeyd edilir ki, Egyptair aviaşirkətinin itkin düşən A320 təyyarəsi Karpatos yunan adaları yaxınlığında qəzaya uğrayıb.
Xatırladaq ki, Paris-Qahirə uçuşunu həyata keçirən sərnişin təyyarəsi qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində 69 nəfər olub.
Son xəbərlər
Son Xəbərlər