Sinay yarımadasında qəzaya düşən və 224 sərnişinin öldüyü Rusiyaya aid A321 təyyarəsinə bomba yerləşdirən terrorçunun kimliyi məlum olub.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Misir hüquq-mühafizə orqanları və Rusiya xüsusi xidmət orqanları Şarm eş-Şeyxdən Sank-Peterburqa uçan təyyarənin partladılmasında iştirakçı olan bir neçə terrorçunun şəxsiyyətini müəyyənləşdirib.
Məlum olub ki, təyyarəyə partlayıcı qurğunu qısa müddət əvvəl işə götürülən Şarm əş-Şeyx aeroportunun əməkdaşı yerləşdirib. Həmin şəxs terrordan sonra gizlənib, sonuncu dəfə Türkiyədə olduğu qeydə alınıb. Xüsusi xidmət orqanları hazırda onun beş tərəfdaşlarının axtarışındadır.
Son xəbərlər
Son Xəbərlər