İstanbulun Atatürk hava limanında təyyarəyə gecikən azərbaycanlı sərnişin gərginlik yaradıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Elşad Hüseynzadə adlı sərnişin Moskvadan Atatürk aeroportunda eniş edib, oradan isə Bakıya uçmağa hazırlaşıb. Lakin qapıların bağlandığını öyrənən sərnişin giriş qapısını yumruq-təpiklə açaraq təyyarəyə doğru qaçmağa başlayıb.
Polis Hüseynovun təyyarəyə girişinə mane olub. Spirtli içkinin təsiri altında olduğu məlum olan sərnişin ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Son xəbərlər
Son Xəbərlər