“Tez bir zamanda azad edilməlidir”

tez-bir-zamanda-azad-edilmelidir
Oxunma sayı: 2409

Martın 15-dən 16-na keçən gecə yolu azaraq Ermənistan tərəfinə keçən Elvin İbrahimovun hüquqları Ombudsman Elmira Süleymanovanın diqqətindədir.

Ombudsman Aparatından “Qafqazinfo”ya daxil olan məlumata görə, beynəlxalq normaları və E.İbrahimovun anasının Azərbaycan Ombudsmanına ünvanladığı xahiş məktubunu nəzərə alaraq, Müvəkkil Elmira Süleymanova tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Elena Ajmone Sesseraya müraciət ünvanlanıb.

Müraciətdə Komitənin mandatı çərçivəsində E.İbrahimovun girovda olduğu müddətdə hər hansı fiziki və mənəvi zorakılığa məruz qalmamasının təmin edilməsi, əsir saxlanıldığı ölkədə fəaliyyət göstərən nümayəndəlikləri vasitəsilə onun səhhətinin və ümumi vəziyyətinin nəzarətdə saxlanılması və mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında yardımçı olmaları xahiş olunub.