Təzə asfaltlanan yol niyə qazıldı? - Açıqlama

teze-asfaltlanan-yol-niye-qazildi
Oxunma sayı: 1874

“Üç gün əvvəl vurulmuş asfaltın sökülmə prosesinə başlayıblar”. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı tarixçi alim Altay Göyüşov paylaşıb. Bildirib ki, söhbət Vidadi küçəsi ilə Mirzə İbrahimov küçəsinin kəsişməsindən gedir. Ərazidə yeni salınmış yolun asfalt örtüyü texnika vasitəsilə qazılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sözügedən hadisəylə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yolda təmir işləri hələ yekunlaşmayıb:

“Yolda təmir işləri yekunlaşmayıb. Sadəcə olaraq yol salınan zaman su xəttində qəza baş verib. Hazırda “Azərsu” ASC-nin əməkdaşları ərazidə çalışır və qəzanın aradan qaldırılması üçün qazıntı işləri aparır”. 

Günel Hacı