“Təzə bazar”da yanğın söndürüldü - Video + Yenilənib

teze-bazarda-yangin-sonduruldu
Oxunma sayı: 1193

Bakıda "Təzə bazar"da yanğın hadisəsi baş verib.
 
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşınları cəlb edilib.
 
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
 
Zərərçəkənlər barədə hələ ki, məlumat yoxdur. 

***

FHN də yanğınla bağlı məlumat yayıb. Qeyd olunur ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda “Təzə Bazar” adlanan ərazidə yanğın baş verməsi haqqında məlumat daxil olmuşdur. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğın məhdudlaşdırılıb. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

Yanğın söndürülüb.