Buna əsas yaradan səbəblərdən biri isə R. Tahirovun HHQ-da apardığı kadr dəyişiklikləri olub. Belə ki, R. Tahirovun verdiyi son qərar HHQ-da qohumbazlıq kimi qarşılanıb və buna yüksək rütbəli zabit heyəti, o cümlədən komandirlər ciddi etiraz edib. Bir sözlə R. Tahirovun xalasının oğlanlarının HHQ-da yüksək postlara təyin etməsi heç də müsbət dəyərləndirilməyib. Digər tərəfdən bu yüksək vəzifəyə təyin edilən xalaoğlanları həm də bir-biri ilə qardaşdırlar.
Xatırladaq ki, R. Tahirovun əmrinə əsasən, yaxın qohumları olan Müşfiq Şabanov HHQ Qərargah rəisinin müavini, Emin Şabanov isə arxa cəbhə təminatı idarəsinin rəisi postlara təyin edilib.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 7-ci maddəsinə görə, vəzifəli şəxsin yaxın qohumları bilavasitə onun tabeliyində heç bir vəzifə tuta bilməzlər.
Son xəbərlər
Son Xəbərlər