Təzəxan Mirələmli Ramil Usubova məktub yazıb

tezexan-mirelemli-ramil-usubova-mektub-yazib
Oxunma sayı: 961

“Media forum” saytına açıqlama verən Təzəxan Mirələmli bildirib ki, noyabrın 17-də başına gələn hadisənin araşdırılmasını istəyir: “Daxili İşlər Nazirliyindən qənətbəxş cavab almasam, məhkəməyə müraciət edəcəm”.

Təzəxan Mirələmlinin sözlərinə görə, noyabrın 17-də naməlum şəxslər onu oğurlayaraq bir gecə təhdid edib, mitinqlərlə heç nəyə nail ola bilməyəcəklərini deyiblər.

AXCP fəalı deyib ki, son günlər sosial şəbəkələrdə onu təhqir edirlər: “Müxtəlif saytlarda müsahibəm gedən kimi şərh bölməsində təhqiredici ifadələr yazırlar. Bunu edənlərin əksəriyyətini tanıyıram – Cəlilabad rayonundan olan, icra hakimiyyəti nümayəndələrinin yön verdiyi şəxslərdir”.

Təzəxan Mirələmli İctimai Palatanın 2011-ci il aprelin 2-də keçirdiyi mitinqdə ağır fiziki xəsarət alaraq xəstəxanada müalicə alıb. Həmin il aprelin 5-də onun məktəbli oğlu Vasif Mirələmov 10-cu sinif şagirdi Cavanşir Həsənlini bıçaqlayıb. Cavanşir Həsənli həlak olub. Təzəxan Mirələmli hesab edir ki, oğlunu məktəbdə təhqir ediblər, atası mitinqdə iştirak etdiyinə görə aşağılayıblar. Təhqirlərdən bezən oğlu isə qətl törədib. Lənkəran Ağır Cinayətlər Məhkəməsi Vasif Mirələmovu 8 il müddətinə azadlıqdan məhrum edib.

Bu ilin sentyabr ayəında isə Təzəxan Mirələmlinin atası Məhərrəm Mirələmov narkotik alveri ittihamı ilə 13 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.