“Tezliklə bütün suallara aydınlıq gələcək”

tezlikle-butun-suallara-aydinliq-gelecek-
Oxunma sayı: 909

“Neftçi”nin monteneqrolu qolkiper - Milan Miyatoviçi heyətinə cəlb etdiyi haqda məlumat vermişdik.

“Qafqazinfo” xəbər verir ki, 28 yaşlı futbolçu məsələ ilə bağlı sportal.az-a açıqlamasında “Neftçi” ilə müqavilə imzalayacağını bildirib:

“Komandaya yeni qoşulmuşam. Hər şey qaydasındadır. Hazırlığımız yaxşı səviyyədədir. Hazırda "Neftçi" komandasındayam və tezliklə bütün suallara aydınlıq gələcək”.