“Tezliklə önəmli xəbərlərimiz olacaq” - Zelenski

“Tezliklə önəmli xəbərlərimiz olacaq”
Oxunma sayı: 2670

“Mən demək olar ki, hər saat işğalçıların Xersona və regionun digər bölgələrinə hücumları barədə xəbərlər alıram. Belə terror Rusiya ordusu Xerson vilayətini tərk etməyə məcbur olandan dərhal sonra başladı. Bu, uduzanların qisasıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukraya Prezidenti Volodimir Zelenski müraciətində bildirib.

Onun sözlərinə görə, Rusiya necə mübarizə aparacağını bilmir və buna görə də terrora əl atır. Enerji, artilleriya və raket terroru ölkənin deqradasiyasının nəticəsidir:

“Yalnız torpaqlarımızın azad edilməsi və Ukrayna üçün etibarlı təhlükəsizlik təminatları xalqımızı Rusiyanın istənilən eskalasiyasından qoruya bilər. Bunun üçün biz hər gün tərəfdaşlarla işləyirik. Tezliklə önəmli xəbərlərimiz olacaq”.