“Tezliklə yeni klubumun adını biləcəksiniz” - Runi

tezlikle-yeni-klubumun-adini-bileceksiniz
Oxunma sayı: 637

“Mançester Yunayted”in kapitanı Ueyn Runi karyerasını Çində davam etdirə bilər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Runi gələcək karyerası haqda danışıb.

“Klubun tələblərini də başa düşürəm və vəziyyəti dərk edirəm. Artıq gələcəyimlə bağlı qərar qəbul etməliyəm. İngiltərə ilə yanaşı, digər ölkələrdən də çoxlu təklif almışam. Tezliklə yeni klubumun adını biləcəksiniz”.

Qeyd edək ki, Ueyn Runinin “Mançester Yunayted”lə müqavilə müddəti gələn ilin yayına qədərdi.