TFF-dən Selçuk Şahinə 3 aylıq cəza

tff-den-selcuk-sahine-3-ayliq-ceza
Oxunma sayı: 766

Türkiyə Futbol Federasiyası (TFF) “Fənərbaxça”nın əsas komandasında koordinator kimi çalışan Selçuk Şahinə sərt cəza tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TFF-nin rəsmi saytı məlumat yayıb.

Cəzaya Selçukun Super Liqanın 24-cü turu çərçivəsində baş tutan “Qalatasaray”la ev oyununda hakimlər otağına gedərək qaydalara zidd davranışlar etməsi səbəb olub. O, 3 ay rəsmi oyunlarda komandaya kömək edə bilməyəcək. Üstəlik, “Fənərbaxça”nın sabiq futbolçusu 24 min TL cərimə də ödəyəcək.

Xatırladaq ki, “Fənərbaxça” “Qalatasaray”la oyunda 0:1 hesabıyla məğlub olub.