Türkiyə Futbol Federasiyasına yeni prezident seçilib.
“Qafqazinfo” xəbər verir ki, bu post uğrunda keçirilən seçkiləri İbrahim Hacıosmanoğlu qazanıb.
Seçkidə 134 səs alan Hacıosmanoğlu rəqibi Mehmet Büyükekşi 5 səs qabaqlayıb.
Qeyd edək ki, 58 yaşlı İbrahim Hacıosmanoğlu daha əvvəl “Trabzonspor” klubunun prezidenti olub.