TFF prezidenti azərbaycanlı futbolçulardan danışdı - Video

tff-prezidenti-azerbaycanli-futbolculardan-danisdi
Oxunma sayı: 2148

Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir “CBC Sport”da yayımlanan “Türkiyədən futbol” verilişində açıqlamalar verib.

“Qafqazinfo” xəbər verir ki, federasiya rəhbəri qardaş ölkə yığmasının AÇ-2020-nin seçmə mərhələsindəki oyunlarının Bakıda keçirilməsindən danışıb:

“Qardaşlarımızın dəstəyi və azarkeşlərlə birlikdə Türkiyə millisi bu qrupdan 1/8 finala vəsiqə qazanacaq. Uels və İsveçrəyə qarşı yaxşı oyunlar oynayacağımızı düşünürəm”.

TFF prezidenti azərbaycanlı futbolçuların Türkiyədə yerli oyunçu statusunda çıxış etməsi barədə açıqlama verib: “Bunu arzulayırıq. Dövlət başçıları səviyyəsində buna qərar verilərsə, biz də azərbaycanlı qardaşlarımızı Türkiyə milli komandasında və Türkiyə çempionatında əcnəbi statusu olmadan çıxış etməsinə şərait yaradarıq”.