Böyük Britaniyanın “The Beatles” musiqi qrupu süni intellektin köməyi ilə yeni mahnı hazırlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda musiqi qrupunun üzvü Pol Makkartni “BBC Radio 4”ə danışıb.
Belə ki, onlar 1980-ci ildə vəfat edən qrup üzvü Con Lennonun səsini süni intellekt vasitəsilə alətdən ayıraraq yeni mahnılarında istifadə ediblər.
Adı açıqlanmayan mahnının 1978-ci ildə Lennonun bəstələdiyi “Now and Then” ola biləcəyi deyilir.
Makkartni mahnının bu il işıq üzü görəcəyini qeyd edib.
Son xəbərlər
Son Xəbərlər