“The Best” mükafatlandırmasının vaxtı açıqlandı

the-best-mukafatlandirmasinin-vaxti-aciqlandi
Oxunma sayı: 767

FIFA “The Best” mükafatının təltif olunma mərasiminin vaxtı açıqlanıb.

“Qafqazinfo” qurumun rəsmi saytına istinadən xəbər verir ki, tədbir 17 yanvar 2022-ci ildə keçiriləcək.

Qeyd edək ki, “The Best” ilin ən yaxşı fərdi nailiyyətləri üçün nəzərdə tutulan FIFA mükafatıdır. Burada ilin ən yaxşı oyunçusu, baş məşqçisi, qapıçısı ilə yanaşı, Fair Play və ən yaxşı qol üçün Puşkaş mükafatının da sahibi müəyyənləşəcək.

Fərdi mükafatlar həm kişi, həm də qadın futbolunun təmsilçilərinə veriləcək.