“Qafqazinfo”nun məlumatına görə, “International Women s Travel Center” adlı saytın qurucularından olan Julie Kreutzer Türk xalqını qıcıqlandıracaq xəbər hazırlayıb. Jurnalistin “Türkiyəyə tək getməyin” yarımbaşlıqlı məqaləsində təcavüz sayına görə ən təhlükəli 10 ölkənin adı qeyd edilib.
Məqalədə qadınların Türkiyədə təhlükədə olduqlarını, onların hər an təcavüzə məruz qala biləcəkləri barədə geniş çağırış əks olunub. Onluğa daxil olan digər ölkələr isə Hindistan, Braziliya, Tayland, Misir, Morokko, Kolombiya ,Cənubi Afrika Respublikası, Meksiya və Keniya göstərilir. Hər ölkədə təcavüz olayları ilə bağlı məlumat verilib, Türkiyədə isə Özgəcan Aslan cinayətinə toxunulub. 20 yaşlı universitet tələbəsinin başına gələn təcavüz olayı barədə məlumat əks olunub. Türkiyə ən təhlükləli 10 ölkə sırasında 3-cü yeri tutub.
Son xəbərlər
Son Xəbərlər