THY Ukraynaya uçuşlar üçün biletləri qaytarmağa imkan yaratdı

thy-ukraynaya-ucuslar-ucun-biletleri-qaytarmaga-imkan-yaratdi
Oxunma sayı: 1429

Türk Hava Yolları şirkəti müştərilərə Ukraynaya uçuşlar üçün biletləri qaytarmaq və ya dəyişmək imkanı yaradıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

Məlumata görə, burada söhbət fevralın 13-nə qədər alınan biletlərdən gedir. Sərnişinlər sözügedən biletləri fevralın 13-dən fevralın 28-nə qədər dəyişdirə və yaxud geri qaytara bilər. 

Bununla belə, “NTV” telekanalının məlumatına görə, THY Ukraynaya uçuşlar həyata keçirməyə davam edəcək.