Tibb bacısı 13 xəstəni öldürdü

tibb-bacisi-13-xesteni-oldurdu
Oxunma sayı: 3003

İtaliyada Toskana bölgəsinin Piombino qəsəbəsindəki dövlət xəstəxanasında çalışan Fausa Bonino 2014-2015-ci illərdə 13 xəstəsini öldürüb.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, narkoz və reanimasiya şöbəsinə cavabdeh olan 55 yaşlı tibbi bacısı 61-88 yaşlarında olan xəstələri müalicələri ərəfəsində məsləhət görülməyən və qanın laxtalanmasının qarşısını alan dərmanı damardan yeridərək və ağızlarına tökərək öldürüb.

30 ildir ki, xəstəxanada işləyən tibb bacısının dərmanı xəstələrə dozadan 10 dəfə artıq verdiyi, qurbanlarının heç birinin ölümcül xəstəliyi olmadığı məlum olub.

F. Boninonun psixoloji problemləri olduğu, törətdiyi cinayətlərə görə ömürlük həbs olunacağı deyilir.