Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı

tibb-iscilerinin-emekhaqlarina-elavenin-muddeti-uzadildi
Oxunma sayı: 2423

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən müddətli əlavənin müddəti uzadılıb.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, tibb işçilərinə əlavələrin müdəti martın 1-dən mayın 1-dək uzadılıb.