Tibbi maskaların Rusiyadan ixracı qadağan olundu

tibbi-maskalarin-rusiyadan-ixraci-qadagan-olundu
Oxunma sayı: 2023

Rusiyanın Baş naziri Mixail Mişustin koronavirusun geniş yayılmasının qarşısı almaq məqsədilə iyunun 1-dək ölkədən tibbi maskalar və digər tibbi qurğuların ixracını qadağan edən Sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, müvafiq sənəd martın 4-də hökumətin saytında dərc edilib.

Müvəqqəti ixrac məhdudiyyəti olan məhsulların siyahısına qoruyucu respiratorlar və gözlüklər, aerozol filtrləri olan maskalar, kombinezonlar və kimyəvi qoruyucu kostyumlar, ayaqqabı örtükləri, maskalar, bandajlar, pambıq və cunalar, bəzi dezinfeksiyaedici və antiviral maddələr, tibbi əlcəklər və xalatlar da daxil edilib.