Tibbi prosedurdan sonra vəzifəsinin başına qayıtdı

tibbi-prosedurdan-sonra-vezifesinin-basina-qayitdi
Oxunma sayı: 1801

ABŞ müdafiə naziri Lloyd Ostinin tibbi prosedurları uğurla keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Patrik Rayder danışıb.

Onun sözlərinə görə, sidik kisəsi problemi ilə bağlı tibbi prosedur təxminən 2,5 saat davam edib:

“Ostinin planlaşdırılan tədbirlərdə iştirakı da daxil olmaqla, rəsmi cədvəlində heç bir dəyişiklik gözlənilmir”.