Tibbi Sığorta Agentliyinin əməkdaşlıq etdiyi xəstəxanalar açıqlandı

tibbi-sigorta-agentliyinin-emekdasliq-etdiyi-xestexanalar-aciqlandi
Oxunma sayı: 2581

İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev rəhbərlik etdiyi qurumun hansı özəl səhiyyə müəssisələri ilə əməkdaşlıq etdiyini açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, o qeyd edib ki, hazırda vətəndaşları Mərkəzi Klinika, Mərkəzi Gömrük Hospitalı, Müalicəvi Diaqnostika Mərkəzinə yönləndirirlər: “Gələcəkdə yeni özəl müəssisələrlə də müqavilələr  bağlayacağıq. Hazırda isə Gəncə və Bakı şəhərində özəl klinikalarla müqavilələrimiz mövcuddur”.
 
Günel Türksoy