“Qafqazinfo” xəbər verir ki, deputat çıxışında vurğulayıb ki, Azərbaycanda çox sürətlə islahatlar gedir və bu prosesdə dövlət başçısının siyasi iradəsi ortalıqdadır.
“Biz Milli Məclis olaraq tibbi sığorta üçün lazım olan qanunverici bazası istiqamətində öz işlərimizi görmüşük. Amma burda digər tərəflər də var. Bunlar sığorta şirkətləri və banklardır. Təklif edirəm ki, Milli Məclisin rəhbrliyi müvafiq quruma müraciət etsin. Bu istiqamətdə müzakirlər keçirsin”-deyə deputat vurğulayıb.
F.Muradovun sözlərinə görə, tibbi sığorta çox ciddi prosesdir .“Bu elə məsələdir ki, biz hətta mükəmməl qanunvericilik də qəbul etsək müəyyən çatışmamazlıq olacaq. Hesab edirəm ki, müvafiq maraqlı tərəfləri Milli Məclisə dəvət edə bilərik. Bu məsələdə problemlərin nə olduğunu bilirik. Bəzi sığorta şirkətləri, banklar var. Bu iş həll edilə bilər. Bu elə bir iş deyil ki, bunu edə bilməyək”.
Deputat qeyd edib ki, tibbi sığorta güclü dövlətlərə məxsus olan bir proqramdır. “Güclü dövlət olmasa heç vaxt tibbi sığorta həyata keçirə bilməz. Bir çox ölkələr hələ də bunu edə bilməyiblər. Bizdə ölkə başçısının siyasi iradəsi ortadadır. Texniki imkanlar var. Sadəcə bu istiqamətdə Milli Məclis bu işi boynuna götürüb xüsusi bir dinləmə ya da müzakirə təşkil edə bilər”-deyə deputat vurğulayıb.
F.Muradov bildirib ki, tibbi sığrta sistemi müalicəsi xaricdə mümkün olan xəstələrlə bağlı bəzi məsələləri həll etməyə imkan verəcək. “Bizim ölkədə müəyyən ağır xəsətlikləri və ya Azərbaycanda müalicəsi olmayan xəstələri xaricə göndərən xüsusi qurum var. Müraciətlər də çoxdur. Onlar da şikyətlənirlər ki, bütün müraciətlərə baxa bilmirlər. Tibbi sığorta olan zaman bunun da həllinə nail ola bilərik”.
F. Muradov həmçinin Masazır gölü ətrafında yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib.
“Orada ciddi problemlər mövcuddur. Masazır gölü ilə bağlı müvafiq orqanlara sorğu göndərəcəyəm. Əvvəlcə orada işlər müsbət qaydada gedirdi. Sonra nəsə müəyyən problemlər oldu. Fikrimcə, indi orada çox qeyri-sağlam bir mühit yaranıb. Bununla bağlı müəyyən addımlar atılmalıdır”.
Son xəbərlər
Son Xəbərlər