Tibetdə güclü zəlzələ

tibetde-guclu-zelzele
Oxunma sayı: 1823

Çinin qərbində yerləşən Tibet Muxtar Rayonunda 6,2 bal gücündə zəlzələ baş verib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ Bakı vaxtı ilə saat 00:07-də qeydə alınıb.

Yeraltı təkanların episentri Nepalın paytaxtı Katmandudan 617 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.