Tibetdə güclü zəlzələ olub

tibetde-guclu-zelzele-olub
Oxunma sayı: 1343

Çinin qərbində, Tibet Muxtar Vilayətində 5,5 bal gücündə zəlzələ olub. “Qafqazinfo” bildirir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat verib.

Yeraltı təkanlar Bakı vaxtı ilə saat 02:56 radələrində Çamdo şəhər dairəsindən 226 kilometr aralıqda qeydə alınıb. Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb.