Ticarət mərkəzində yanğın olub, xəsarət alan var

ticaret-merkezinde-yangin-olub-xesaret-alan-var
Oxunma sayı: 1274

Gəncədə ticarət mərkəzində yanğın olub.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində yerləşən ticarət mərkəzlərindən birində qeydə alınıb. Əraziyə Gəncə Yanğından Mühafizə İdarəsinin 10 avtomobili və canlı qüvvəsi cəlb olunub. Alov söndürülsə də, mərkəzin 500 kvadratmetr sahəsi və içərisində olan əşyalar yanıb.

Yanğın zamanı ticarət mərkəzinin sahibi, 1972-ci il təvəllüdlü Nuriyev Əvəz Qaçay oğlu yüngül xəsarət alıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Elmar Əli