Ticarət mərkəzində yıxılan uşaq ölməyibmiş

ticaret-merkezinde-yixilan-usaq-olmeyibmis
Oxunma sayı: 2433

Gəncə şəhərində azyaşlı uşağın ticarət mərkəzində yıxılaraq ölməsi ilə bağlı detallar məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 9 yaşlı Əli Rüstəmzadə pilləkəndən, yəni hündürlükdən yıxılmayıb. Valideynləri ilə birgə ticarət mərkəzində gəzdiyi yerdə uşaq qıcolma keçirib, lakin ata-ananın bundan xəbəri olmayıb.

Onlar bir qədər irəli getdikdən sonra uşağın yanlarında olmadığını və geri baxanda isə Ə.Rüstəmzadənin arxada uzanılı vəziyyətdə olduğunu görüblər.

9 yaşlı uşaq Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

İlkin ehtimala görə, Ə.Rüstəmzadə qıcolma zamanı yıxılarkən başı yerə dəyib.

Murad Əhməd