Ticarət mərkəzindən 15 çanta oğurlandı

ticaret-merkezinden-15-canta-ogurlandi
Oxunma sayı: 1187

Qaradağ rayonu ərazisində oğurluq baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə ticarət mərkəzlərindən birində qeydə alınıb. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, fevralın 13-də sözügedən mağazadan 1500 manat dəyərində 15 ədəd çanta oğurlanıb. 

Cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri, A.Süleymanov və əvvəllər məhkum olunmuş D.Səmədov saxlanılıblar.