Ticarət mərkəzini soyan oğru tutuldu

ticaret-merkezini-soyan-ogru-tutuldu
Oxunma sayı: 882


“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də Q.Qarayev prospektində yerləşən ticarət mərkəzindəki mağazalarda, orada işləyən Ağabəyim Xəlilovaya, Əhməd Əliyevə və Alim Babayevə məxsus pulu, planşeti və sənədi oğurlamış Gürcüstan vətəndaşı Əfsanə Məmmədova tutulub.