Tiflisdə 23 yaşlı azərbaycanlı saxlanılıb

tiflisde-23-yasli-azerbaycanli-saxlanilib
Oxunma sayı: 861

İyirmi üç yaşlı Azərbaycan vətəndaşı küllü miqdarda narkotikin qanunsuz ələ keçirilməsi, saxlanılmasında ittiham olunaraq Tiflisdə saxlanılıb.

Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, evdə axtarış aparan polis 21 qramı heroin olan ümumilikdə 33,42 qram narkotik maddə aşkar edərək götürüb.

Həmin şəxslə bağlı cinayət işi açılıb. Onu 3 ildən 20 ilə kimi həbs cəzası gözləyir.