Gürcüstanın paytaxtı Tiflisdə narkoticarətlə məşğul olan gənc azərbaycanlı saxlanılıb.
“Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, müvəqqəti yaşadığı evdə aparılan axtarış zamanı polislər küllü-miqdarda narkotik vasitələr aşkarlayıblar. Ekspertiza zamanı gəncin narkotiklərin təsiri altında olduğu müəyyən olunub.
Faktla bağlı cinayət işi açılıb. Onu 7 ildən 12 ilə kimi həbs gözləyə bilər.
Son xəbərlər
Son Xəbərlər