Tiflisdə ölənlərin sayı 15-ə çatdı

tiflisde-olenlerin-sayi-15-e-catdi
Oxunma sayı: 1971


“Qafqazinfo”nun məlumatına görə, növbəti daşqın qurbanı xilasedicidir. Onun cəsədi parkda aşkarlanıb. Həmin şəxsin məhz xilasetmə işlərində iştirak edərkən boğularaq öldüyü bildirilir. 

Bununla vəfat edənlərin ümumi sayı 15-ə çatıb.

Qeyd edək ki, Tiflisdə iyunun 14-də keçən gecə baş vermiş güclü daşqın nəticəsində yaşayış binalarına və yollara ciddi ziyan dəyib. Tiflis zooparkı tamamilə dağılıb və heyvanlar küçələrə çıxıblar.