“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış zamanı ölənlərin sayı 4 nəfərə çatıb.
Tiflis şəhər meri David Narimani açıqlamasında partlayışın qaz sızmasından baş verdiyini açıqlayıb.
Mer bildirib ki, hadisə zamanı 4 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb.
Səhiyyə naziri David Serqeenko jurnalistlərə açıqlamasında yaralananlardan iki nəfərin vəziyyətinin ağır olduğunu bildirib.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Son xəbərlər
Son Xəbərlər