Tik-Tokda dələduzluq edən proqramist saxlanıldı

tik-tokda-deleduzluq-eden-proqramist-saxlanildi
Oxunma sayı: 5732

“Bir ay olar ki, mənim və 10-a yaxın vətəndaşın Tik-Tok hesabına proqramist adı ilə daxil olan şəxs külli miqdarda pulumuzu mənimsəyib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə teleaparıcı Vüsalə Şahvəliqızı sosial şəbəkədə yazıb.

O bildirib ki, məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib: “Şikayətimizi diqqətə alan Azərbaycan Polisi qısa zamanda operativ şəkildə həmin proqramisti saxladı. Mən öz adımdan və zərərçəkmiş insanların adından Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin şəxsi heyətinə və onların timsalında bütün Azərbaycan Polisinə təşəkkür edirəm”.