Tikilməkdə olan metro stansiyası ərazisində yanğın - Video+Yenilənib

Tikilməkdə olan metro stansiyası ərazisində yanğın
Oxunma sayı: 3144

Bakıda yanğın hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Metropoliteninin inşası davam edən “Memar Əcəmi 2” stansiyası ərazisində yanğın qeydə alınıb. Bu barədə jurnalist Pərviz Musayev məlumat yayıb.

Qeyd edək ki, stansiya tam istismara hazırlaşır. Belə ki, “Memar Əcəmi 2”də avadanlıqlar quraşdırılır və abadlıq işləri həyata keçirilir.

***

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Nəsimi Paşayev APA-ya faktı təsdiqləyib. Onun sözlərinə görə, Bakı metrosunun “Bənövşəyi-3” xəttinin tikintisinin getdiyi ərazidə işçilər üçün nəzərdə tutulan vaqonlarda qəfildən yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb edilib. Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Nəsimi Paşayev bildirib ki, yanğının səbəbləri hələlik məlum deyil.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi