Tikinti sahəsində qumbara tapıldı

tikinti-sahesinde-qumbara-tapildi
Oxunma sayı: 1576

Zaqatalada tikinti işləri aparılan ərazidə qumbara tapılıb.

"Qafqazinfo"nun məlumatına görə, bu gün axşam saatlarında şəhərin H.Əliyev prospekti, ev 69 ünvanında qazıntı işləri aparan zaman torpağın 3-4 metr dərinliyindən qumbara tapılıb.

Əraziyə rayon hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib. İlkin araşdırma zamanı məlum olub ki, qumbara ötən əsrin ortalarına və ya daha da əvvəlki illərə aiddir.

Qeyd edək ki, tapılan qumbaranın hansı illərə aid olduğunu müəyyənləşdirmək üçün sabah həmin əraziyə ANAMA əməkdaşları cəlb olunacaq.

Mübariz Muradov