Azərbaycan Beynəlxalq Bankı öz vəsaiti hesabına verdiyi ipoteka kreditini dayandırdıqdan sonra bir neçə tikinti şirkətində inşaat işləri gecikir.
“Qafqazinfo” “Marja”ya istinadən xəbər verir ki, binaların tikinti mərhələsində mənzil almış vətəndaşlar etiraz etməyə başlayıblar. Çünki binalar söz verilən vaxtda tikilib təhvil verilmir.
Digər bir çətinlik, bina tikilsə də, mənzilin söz verilən vaxtda təmir edilib təhvil verilməməsidir.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının tərəfdaşı olan onlarla tikinti şirkətləri mənzilləri 20 illik ipoteka ilə satırdılar. 20 illik ipotekada mənzil alıcıya 2 dəfə baha başa gəlməsinə baxmayaraq, aylıq ödənişlər münasib olduğundan vətəndaşlar ipoteka ilə mənzil götürürdülər. İpoteka krediti dayandırıldığından satışlar kəskin düşüb və şirkətlər maliyyə sıxıntısı yaşamağa başlayıblar.
20 illik ipoteka olmadığı üçün yeni layihələrə də başlanmır. Tikinti şirkətləri çətinliklə də olsa mövcud layihələri təhvil verməyə çalışırlar.
Tikinti şirkətləri 3-5 illik daxili kreditlər ilə satışı artırmağa cəhd etsələr də, aylıq ödənişlər həddindən artıq yüksək olduğu üçün satış zəifdir. Hətta tikinti şirkətləri mənzil satmaq üçün nağd alışlar zamanı ciddi endirimlər də edirlər.
Son xəbərlər
Son Xəbərlər