“TikTok” ABŞ-dəki fəaliyyətini bərpa edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Yenidən xoş gəlmisiniz. Səbriniz və dəstəyiniz üçün təşəkkür edirik. Prezident Trampın səyləri nəticəsində “TikTok” ABŞ-yə qayıdıb”, - tətbiqə daxil olarkən bildirişdə qeyd olunub.
“Davam et” düyməsini basdıqdan sonra xidmət normal rejimdə işləyir. Bununla yanaşı, tətbiq hələ də “Apple”ın tətbiqlər mağazasından endirmək üçün əlçatan deyil.
Xatırladaq ki, sosial şəbəkə ABŞ-dəki fəaliyyətini tam dayandırmışdı.

Son xəbərlər
Son Xəbərlər