“TikTok”da qadınların şəkillərini paylaşıb pul tələb edirmiş - Foto

tiktokda-qadinlarin-sekillerini-paylasib-pul-teleb-edirmis
Oxunma sayı: 7472

Naxçıvanda sosial şəbəkədə başqasının adına saxta profillər açan və onu bağlamaq üçün pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Qafqazinfo” Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bir neçə xanım “TikTok”da naməlum şəxsin onların adına saxta profil açdığını bildirib. Həmin şəxsin qadınların fotolarını paylaşması, onları təhqir etməsi, habelə həmin profili bağlamaq üçün müəyyən məbləğdə pul vəsaiti tələb etməsi qeyd edilib.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Babək rayon Güznüd kənd sakini Abbas Qurbanov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Hazırda Naxçıvan Şəhər Polis İdarəsində araşdırma davam etdirilir.