“Tillerson Rusiyanı sanksiya ilə hədələməyib” - Lavrov + Yenilənib

tillerson-rusiyani-sanksiya-ile-hedelemeyib
Oxunma sayı: 745

Rusiya prezidenti Vladimir Putin hazırda Kremldə ABŞ dövlət katibi Reks Tillerson və XİN rəhbəri Sergey Lavrovla görüşür.

“Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

Kremlin rəsmi nümayəndəsi görüşün detalları haqda məlumat verməkdən imtina edib.

***

“Gazeta.ru” xəbər verir ki, tərəflərin görüşü artıq bitib. 

Görüşdə ABŞ-ın Suriyaya raket hücumu müzakirə olunub. Bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

***

“ABŞ dövlət katibi Reks Tillerson Moskvada görüş zamanı Rusiyanı sanksiya ilə hədələməyib”.

“Gazeta.ru” xəbər verir ki, bu barədə Rusiya Xarici işlər naziri Sergey Lavrov görüşə həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.